Türkiyə rejissor “Emmy” Mükafatları Münsiflər Heyətinə seçildi

Sözügedən mövzu ilə bağlı Tekin Girgin deyib...

Türkiyəli rejissor Tekin Girgin ABŞ-da "Televiziya Oskarları" olaraq xarakterizə edilən 2022 “Emmy” Mükafatları Münsiflər Heyətinə seçilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Sözügedən mövzu ilə bağlı Tekin Girgin deyib: “Emmy” mükafatları "İnternational Emmy", "Daytime Emmy" və "Primetime Emmy" olaraq 3 kateqoriyaya bölünür. 64-cü “Daytime Emmy” və 74-cü “Primetime Emmy”nin münsiflər heyətinə seçildim. Bu, mənim üçün son dərəcə qürurverici hadisədir. Bir ssenari müəllifi və rejissor olaraq Hollivud kimi dünyanın məşhur kino mərkəzində “Emmy” münsiflər heyətinin üzvü olmaq inanılmaz hissdir. Türkiyə vətəndaşı kimi bu hissi yaşamaq, məncə, gələcək nəsil gənclərə örnək olmağın və heç nəyin qeyri-mümkün olmadığının, insanın öz arzularının dalınca getmələrinin, ümidlərini itirməmələrinin ən konkret nümunəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə