Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdəki “Uulu Toolor” nəşriyyatında “Müasir Azərbaycan poeziyası” kitabı özbək dilində nəşr edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, kitabı özbək dilinə Azərbaycanın dostu, şair və tərcüməçi Gulzira Şaripova çevirib. Topluya 61 gənc və orta nəsil Azərbaycan şairinin şeirləri daxil edilib.
Fond öz ənənələrinə sadiq qalaraq 500 tirajla nəşr edilən kitabı Qırğızıstanın təhsil ocaqlarına, kitabxanalara, uşaq bağçalarına pulsuz verməyi və oxucular arasında paylamağı nəzərdə tutur.
Qeyd edək ki, bu, Fondun sifarişi ilə çap olunan 136-cı kitabdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB