Azərbaycan Milli İncəsənət Muzeyində “Four seasons of Shusha” adlı beynəlxalq fotoqraf müsabiqəsinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məryəm Qafarzadə, Muzey və Qalareyalar şöbəsinin müdiri Nərgiz Abdullayeva və layihənin kuratoru Angelo Bucarelli jurnalistlərin suallarını cavablayıb və layihə haqqında ətraflı məlumat verib.
Bildirilib ki, sözügedən layihə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Şöbə müdiri Nərgiz Abdullayeva layihədə 4 ölkədən fotoqrafın iştirak edəcəyini bildirib: "Layihədə Türkiyə, Almaniya, İsveçrə, Finlandiya fotoqrafları iştirak edəcək. Həmçinin ölkəmizin gənc və fəal, fərqlənən fotoqrafçılarının da cəlb olunması nəzərdə tutulub. Düşünürük ki, bu, onların təcrübə baxımından inkişafına ciddi təkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB