Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun “Dolma məsələsi: bütün şübhələrə son” monoqrafiyası türk və özbək dillərində çap olunub. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Kitabı Türkiyə türkcəsinə Yusif Aslan, özbəkcəyə Gulzira Şaripova tərcümə edib. Bundan əvvəl monoqrafiya Bişkekdə rus və ingilis dillərində çıxmışdı.
Kitabda təkzibolunmaz faktlarla sübut edilir ki, dolma Azərbaycan xalqının yaratdığı və bişirdiyi yeməkdir. Nəşrdə erməni alimləri və mütəxəssisləri tərəfindən də dolmanın məhz Azərbaycan yeməyi olduğu bildirilir.
Azərbaycan milli mətbəxinin qorunması və inkişafında bu kitabın xüsusi yeri var.
Xatırladırıq ki, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov 30-dan çox kitabın müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB