Hollivud aktyoru Uill Smit “Oskar” mərasimində aparıcı Kris Rokla yaşanan insidentdən, yəni onu yumruqla vurduqdan sonra ABŞ Kino Sənəti və Elmləri Akademiyasını tərk etdiyini bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aktyorun açıqlamasına istinadən “Deadline” saytı məlumat yayıb.
“...94-cü mərasimdəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi... Mən Kino Sənətləri və Elmləri Akademiyasına üzvlükdən imtina edirəm”. Bunu Smit deyib.
Aktyor Rokun özünü, onun ailəsini, eləcə də zalda olanları və bütün dünyadakı tamaşaçıları təhqir etdiyini düşünür: “...Mən Akademiyanın etibarına xəyanət etdim. Mən digər namizədləri və qalibləri əla işlərinə görə təbriklər almaq fürsətindən istifadə etdim. Ürəyim sınıqdır.”-deyə etiraf edən Smit, davranışının bütün nəticələrini qəbul etməyə hazır olduğunu söyləyib.
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB