“Bu gün Azərbaycan və Braziliya arasında qurulan diplomatik münasibətlərin 30-cu ildönümü tamam olur. Bununla bağlı olaraq Bakı Braziliya Film Festivalı keçirilir”. Bu sözləri çıxışı zamanı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib. Onun sözlərinə görə, bu festival 30 mart-3 aprel tarixlərini əhatə edəcək. Kinodan danışırıqsa, hər iki ölkənin kino tarixinin eyni ildə başladığını da vurğulamaq lazımdır. Buna görə də hər iki ölkənin kinosu paralel şəkildə inkişaf edib. Bu il həm də Braziliya üçün önəmli bir ildir. Onların müstəqilliklətinin 200 ili tamam olur.
Qeyd etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin ortasında multukulturallıq var. Bizim məqsədimiz keyfiyyətli, ədalətli yaşayış yaratmaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB