ABŞ-ın Los-Anceles şəhərində “Oskar” film akademiyasının mükafatlarının 94-cü təqdimetmə mərasimi keçirilir. SİA bu barədə “lenta.ru”saytına istinad edir.
Hollivuddakı “Dolby “ Teatrında baş tutan təqdimetmə mərasiminə Emi Şumer, Regina Holl və Vanda Sayk aparıcılıq edirlər. Qeyd edək ki, mərasim “Film həvəskarları birlikdə” şüarı altında keçirilir.
Qeyd edək ki, bu il, ilk dəfə mükafat təşkilatçıları mərasimin başlamazdan əvvəl səkkiz kateqoriyada qalib elan etmək qərarına gəliblər.
Onu da bildirək ki, namizədlərin sayında lider 12 kateqoriyada təqdim olunan "Power PSA" filmidir.
Yeri gəlmişkən, Amerikanın komediya artisti Emi Şumer "Oskar" təqdimatına Ukrayna prezidentini də dəvət etməyi təklif etmişdi.
Nazlı Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB