Azərbaycanlı şairənin şeirlər kitabı özbək dilində çap edilib

Özbəkistanın “Renessans press” nəşriyyatında azərbaycanlı şairə Rəfiqə Qasımqızının “Xəyali bənövşələr” ("Хаёли бинафшалар") şeirlər kitabı özbək dilində çap edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şeirləri özbək dilinə şairə Gulzira Şaripova çevirib.

Kitabın “Ön söz”ünün müəllifi tanınmış Azərbaycan şairi Qəşəm Nəcəfzadədir.

Qeyd edək ki, Gulzira Şaripova müntəzəm olaraq Azərbaycan şeirlərini özbək dilinə çevirir. Bu şeirlər ədəbi qəzet və jurnallarda çap olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə