Batumidə Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib
Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən diaspor təşkilatının üzvlərinin də iştirakı ilə Novruz bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib.
SİA AZƏRTAC-a istinadənxəbər verir ki, aksiyası çərçivəsində Baş Konsulluğun əməkdaşları və diaspor təşkilatının üzvləri muxtar respublikada yaşayan, aztəminatlı və ehtiyacı olan 20-dən çox ailəyə bayram sovqatı təqdim ediblər.
Eyni zamanda soydaşlarımıza və digər millətlərin üzvlərinə Novruz bayramının adət-ənənələri ilə bağlı geniş məlumat verilib, bu ənənələrimizin qorunub saxlanılması, tanıdılması, xarici ölkələrdə yaşayan soydaşlarımızın milli birlik və azərbaycançılıq ideyası ətrafında birləşməsində bu bayramının mühüm rol oynadığı diqqətə çatdırılıb.
Bildirilib ki, artıq Novruz şənlikləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da qeyd edilir.
Xüsusi olaraq vurğulanıb ki, Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunub.
Yardım alan insanlar göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və Baş konsulluğa minnətdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB