“Novruz-Qarabağın yeni günü” adlı festival keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Novruz-Qarabağın yeni günü” adlı festival keçirilib. Festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Muzey Sərgi Kompleksinin birgə təşəbbüsü ilə həyata keçirilib. Festival iki hissədən- elmi konfrans və moda nümayişindən ibarət olub.
Elmi konfransda AMEA Arxeologiya, Etnografiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosenti Tahir Şahbazov, AMEA Foklor İnstitunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosenti İlhamə Qəsəbova və Milli Azərbaycan Tarixi Muzeyi Etnoqrafiya elmi fon şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova çıxış edib.
Daha sonra isə ADRA-nın Memarlıq və Dizayn fakültəsinin Geyim dizayn kafedrasının tələbələrinin işlərindən ibarət moda nümayişi keçirilib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB