“Bergen” filminin Bakıda qala gecəsi keçirilib -FOTOLAR

Bu gün “Park Cinema Flame Towers” kinoteatrında “Bergen” filminin qala gecəsi keçirilib.
SİA xəbər verir ki, ilk öncə mətbuat konfransı keçirilib. Daha sonra isə filmin təqdimatı keçirilib. Qala gecəsində filmdə rol alan aktyorlar-Farah Zeynep Abdulla, Ahmet Kayakesen, Erdal Beşikçioğlu, Nergis Öztürk, Ali Seçkiner Alıcı iştirak edib.

Filmdə baş rolu oynayan Farah Zeyneb Abdulla media ilə öz hislərini bölüşüb:

“Mənim üçün bu filmdə oynamaq çox böyük bir əhəmiyyət kəsb edirdi. Filmin demək olar ki, bütün səhnələri olduqca təsirlidir. Ona görə bir səhnəni digərindən fərqləndirə bilməyəcəm”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə