Notr-Dam katedralində 14-cü əsrə aid qəbirlər aşkar edilib

Fransanın paytaxtı Paris şəhərindəki Notr-Dam katedralində 14-cü əsrə aid olduğu ehtimal edilən qəbirlər və qurğuşun sarkofaq aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Notr-Dam katedralində 2019-cu ildə yanğından sonra başlayan bərpa işləri zamanı yeni tapıntılar gün işığına çıxarılıb..

Fransa Mədəniyyət Nazirliyinin açıqlamasına görə, araşdırmalar zamanı aşkar edilən məzarlarla birlikdə tam qorunmuş, antropomorfik və qurğuşun sarkofaq tapılıb.

Sarkofaqın 1300-cü illərdə kafedralın inşasından sonra yüksək vəzifəli bir dövlət məmuru üçün tikildiyi güman edilir.

Milli Arxeologiya Tədqiqat İnstitutundan Dominik Qarsiya deyib ki, tapıntılardan bəziləri dövrün dəfn mərasimlərini daha yaxşı başa düşməyə kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə