“Bu gün bizim üçün çox çətin gündür. Həmişə deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, insanlıq üçün bundan daha qəddar bir söz deyilməyib”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun gedişindən sonra çox böyük bir boşluq yarandı: “Bu boşluq get-gedə daha da genişlənir. Rüstəm İbrahimbəyov Bakı məhlələrinin yetirməsi idi. Rüstəm bizə Bakıda məhlə uşağı kimi böyümüş birinin dünya üçün nə qədər qiymətli əsərlər verə biləcəyini göstərdi. Eyni zamanda Rüstəm yaradıcılığa şah əsərlərindən biri ilə başlayıb. Dostumuz haqqında bu gün bir çox şey danışa bilərik. O həm yazıçı, həm dramaturq, həm də kino rejissorluğunu özündə cəmləşdirmişdi”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB