R.İbrahimbəyovun mədəniyyətimizin inkişafında 60 illik bir fəalliyyəti olub - NAZİR DANIŞDI
“Bu gün Azərbaycan mədəniyyəti üçün ən ağır günlərdən biridir. Bu gün biz bu mərasimi keçirməklə onun ailəsinə öz ehtiramımızı bildirik”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasimində çıxışı zamanı deyib.
“R.İbrahimbəyovun bizim mədəniyyətimizin inkişafında 60 illik bir fəalliyyəti olub. Onun əsərləri əsasında çox gözəl filmlər çəkilib, tamaşlar qurulub. Bunlar hamısı Azərbaycan mədəniyyətinin salnaməsinə yazılan dəyərli əsərlərdir. Biz fəxr etməliyik ki, Azərbaycan torpağının belə bir vətəndaşı olub və o, bizim sərhədlərimizi aşaraq bütün dünyada mədəniyyətimizi tanıtmışdır. O, bir çox ölkələrin mükafatlarına layiq görülüb”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB