“Şuşa söhbətləri” vasitəsilə müxtəlif sahələrdə Şuşanın əhəmiyyətinindən danışacağıq - NAZİR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə “Shusha talks” layihəsinin təqdimatı keçirilib. “Bu gün biz çox önəmli bir layihəyə start veririk. Bu il cənab Prezident tərəfindən “Şuşa ili” elan olunaraq Şuşaya həsr olunub”. Bu sözləri çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov bildirib.
Onun sözlərinə görə, biz istəyirik ki, bu il bayram kimi qeyd olunsun: “Şuşa mədəniyyət paytaxtı olaraq bu il azadlığının 2-ci ildönümünü yaşayacaq. Bu şərəfi bizə yaşatdığı üçün başda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuza təşəkkür edirik. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Bu il ərzində Şuşada, paytaxtımızda bayram əhval ruhiyyəsi hökm sürəcək. Bu il Şuşanın əsasının qoyulmasının da 270 ili tamam olur. Düz 270 il əvvəl Pənahəli xan qayalar üzərində unikal bir şəhər saldı.
Eyni zamanda Şuşa mədəni elitanın beşiyi olduğunun bir tərənnümü, göstəricisidir. Bu il “Şuşa söhbətləri” vasitəsilə müxtəlif sahələrdə Şuşanın əhəmiyyətinindən danışacağıq. Cəmiyyətimizdə onun əhəmiyyəti haqqında danışaq. Bu çərçivədə də biz ictimai, mədəni icsənət xadimlərini, jurnalist, blogger, memar, yazıçı, tarixçilərimizlə yanaşı, cəmiyyətimizin digər vətəndaşlarının da diqqətini bu layihəyə çəkməyə çalışacağıq. Onlar da bu layihə çərçivəsində öz fikirlərini bölüşə biləcəklər. Azərbaycanda beynəxlaq səviyyədə biz mədəniyyət beşiyimiz olan Şuşanı bu layihə çərçivəsində təbliğ etmiş olacağıq. Bu hələ başlanğıcdır. İl boyu belə müzakirələr keçiriləcək.
Burada əsas məqsəd sizlərlə dialoqun yaradılmasıdır.
“Şuşa ili”nin uğurla keçəcəyini ümid edirəm və bundan əminəm”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB