Martın 12-də Abdulla Şaiqin mənzil-muzeyi və Nizami rayonu 328 nömrəli tam orta məktəbin birgə təşkilatı ilə Novruz bayramına həsr edilmiş “Gözəl bahar” adlı tədbir gerçəkləşib. SİA xəbər verir ki, Abdulla Şaiq yaradıcılığından danışan muzeyin direktoru Ülkər Talıbzadəyə şairin hər zaman yaradıcılığında yazın gəlişi, bahar mövzusuna xüsusi yer ayırdığını söyləyib. Bildirib ki, ədib uşaq ədəbiyyatında ilk dəfə dram janrına müraciət edərək balaca oxucular üçün “Gözəl Bahar” pyesini yazıb və bununla da uşaq dramaturgiyasının əsasını qoyub.
Səhnəciklərin nümayişindən sonra muzeyin kiçik elmi işçisi Məmmədli Elminaz “Abdulla Şaiq və bahar” mövzusunda məruzə ilə çıxış edib. O, Novruz bayramının tarixi, yaz-bahar mövzusunun Azərbaycan ədəbiyyatında yer tutduğunu, eləcə də məhz Şaiqin baharı necə vəsf etməsi haqqında danışıb. Bildirib ki, yaz fəsli Şaiq yaradıcılığında əsl təbiət hadisəsi kimi – yaşıl otların, torpağın, axan suların cana gəlməsi, ağacların çiçəklənməsi şəklində canlandırılır.
Məruzədən sonra məktəblilər öz valideynlərilə birgə şeirlər söyləyib. Məktəblilər aktyorluq bacarıqlarını göstərərək ədibin “Tıq-tıq xanım” mənzum nağılı və “Danışan gəlincik” pyesi əsasında hazırladıqları tamaşaları nümayiş etdiriblər.
Bayram tədbiri valideynlər və məktəblilərin ifasında bayram əhval-ruhiyyəli yallı rəqsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB