Martın 12-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində uşaqlar üçün “Gəl, gəl, a yaz günləri!” adlı ustad dərsi keçirilib. SİA xəbər verir ki, əvvəlcə muzeyimizin ekspozisiyası ilə tanış olan balacalara Novruz bayramın mənşəyi, tarixi və ustad dərsinin mahiyyəti barədə qısa məlumat verilib. Daha sonra onlar muzey əməkdaşlarının köməyi ilə Novruz xonçası üçün rəngbərəng və naxışlı yumurtalar boyayıblar. Eləcə də azyaşlılara milli-mənəvi irsimizin təbliği baxımından Azərbaycan xalq rəqslərindən bəzi elementlər öyrədilib.
Həmçinin, qrup halında Novruz şənliklərinin ayrılmaz hissəsi olan “yumurta döyüşü”, “kasa oyunu”, tapmacalar, yanıltmaclar və s. kimi əyləndirici və maarifləndirici oyunlar keçirilib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB