"...Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının İsrailə qastrol səfəri “geosiyasi vəziyyət”lə əlaqədar təxirə salınıb. Teatrsevərlər bunu sözün əsl mənasında bir gecədə bildilər”
SİA xəbər verir ki, bu xəbəri TASS paylaşıb.
Vaxtanqov teatrının İsrailə gəlişi aprelin əvvəlinə planlaşdırılırdı. Repertuarda Rimas Tuminasın Lev Tolstoyun romanı əsasında hazırladığı “Hərb və sülh” tamaşası yer almışdı Üstəlik, İsrailə ən rəngarəng komanda gəlməli idi. Müxtəlif nəsillərdən olan təxminən 70 nəfər israillilərə heyrətamiz bir performans göstərməyi planlaşdırırdı: “...Dünən biz İsraildə qastrol təşkilatçıları ilə danışırdıq, onlar bildirdilər ki, bütün biletlər satılıb, bu gün isə zəng edib geosiyasi vəziyyətə görə qastrol səfərinin ləğv olunduğunu bildiriblər”.
Qeyd edək ki, bunu Vaxtanqov Teatrının direktoru Kirill Kryuk TASS-a bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB