“Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR
Martın 9-da Nizami Kino Mərkəzində Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuş “Həyatın ilmələri” sənədli filminin təqdimatı keçirilib. SİA xəbər verir ki, qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm studiyası” MMC-də istehsal olunan filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə