10 mart – Milli Teatr Gününü premyera ilə bayram edəcək teatrlar sırasında Füzuli Dövlət Dram Teatrı da var. SİA xəbər verir ki, belə ki, sənət ocağı martın 10-da teatrsevərləri “Nar şirəsi” adlı tamaşanın premyerasına dəvət edir.
Səbinə Haqverdiyevanın “Nar şirəsi” pyesi əsasında ərsəyə gələn birpərdəli səhnə aktı psixoloji dram janrında hazırlanıb. Tamaşaya gənc və istedadlı rejissor Nicat Mirzəzadə quruluş verib.
Həyatı sevmək və onun uğrunda mübarizə aparmağın səhnə təsviri olan “Nar şirəsi”nin quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edirlər.
Həmin gün teatrsevərlər üçün ekskursiya da təşkil olunacaq. Qonaqlar teatr sexləri (musiqi, geyim, dekorasiya,) ilə tanış olmaq, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxmaq, ümumilikdə prosesin icrası ilə tanış olmaq imkanı qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB