Milli Xalça Muzeyinə hədiyyə olunmuş eksponantların təqdimatı keçirilib - FOTOLAR

Bu gün Azərbaycan Milli Xalça Muzeyində məşhur silah ustası Emin Nadir oğlu Məmmədovun muzeyə bağışladığı soyuq silah nümunələrinin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov da iştirak edib.

Bu unikal sənət əsərləri sırasında Qacarlar dövründə geniş yayılmış XVIII əsrin sonuna aid iki qalxan, XIX əsrə aid xəncər, həmçinin Emin Məmmədovun müəllifi olduğu qılınc və xəncərlər var.
Muzeyə hədiyyə olunan XIX əsrin sonlarında Zaqatalada silah ustası Murad Quşanovun sadə materiallardan hazırladığı xəncərin naxışsız olması isə onun məişətdə istifadə məqsədi ilə düzəldildiyini göstərir.
Emin Məmmədovun müəllif işi olan “şəmşir” qılıncı və Qaşqay xəncər dəsti 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlanıb. Onların tiyələri üzərində Azərbaycan sözü və müəllifin adı həkk edilib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə