“Mən xalqımın etibarlı sənədli obrazlarını yaratmağı qarşıma vəzifə qoydum. Buna görə də kitabları, inqilabdan əvvəlki açıqcaları, köhnə qəzetləri, arxiv sənədlərini araşdırdım, ağsaqqalların hekayələrini dinləyərək dağ yəhudilərinin həyatı haqqında daha çox məlumat əldə etdim, ritual qablar, zərgərlik məmulatları, xəncərlər, cib saatları yaratmaq üçün hansı materiallardan istifadə olunduğunu öyrəndim”.
Bu sözləri SİA-ya açıqlamasında İsrailli rəssam Rami Meirin bildirib.

Onun sözlərinə görə, Dağ yəhudilərinin o dövrün geyimlərində istifadə etdikləri parçaları, onların teksturasını və ənənəvi rənglərini tədqiq etdim, bütün bu bilikləri rəsmlərə köçürdüm: “Bütöv bir xalqın, onun mədəniyyətinin rəngarəng, orijinal obrazlarını qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək üçün rəsm dili mənə ən yaxşı ifadə vasitəsi kimi göründü”, - deyə rəssam bildirib”.
O, xüsusi qeyd edib ki, dağ yəhudiləri məhz Azərbaycanda sülh şəraitində yaşamaq, əkinçilik, sənətkarlıq və ticarətlə məşğul olmaq imkanını əldə ediblər: “Xalqımız Qubanı ana yurdu adlandırır. Çünki məhz burada bizim analarımız uzun əsrlər boyu öz oğul və qızlarını dünyaya gətiriblər”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB