Xocalı faciəsinin ildönümündə "Adsız qadın" teatr tamaşası nümayişi olunub
İstanbulda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Adsız qadın" teatr tamaşasının nümayişi olub.
SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbulun Ümraniye Bələdiyyəsinin dəstəyi, Türkiyədə fəaliyyət göstərən "Xarıbülbül" Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə səhnələşdirilən əsər, dünyada müharibə və terrordan əziyyət çəkən bütün qadınlara həsr olunub.
Tədbirin rəsmi mərasimində çıxış edənlər bundan otuz il əvvəl ermənilər tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb, tarixin qanlı səhifəsi olan insanlıq cinayətinin səbəbkarlarının ədalətə təslim olunmasını, haqq qarşısında cavab verməsini tələb ediblər.
Tədbir çərçivəsində Ümraniye Bələdiyyəsinin binasında Xocalı soyqırımını özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB