“Moskvada Azərbaycan günləri”-də iştirak etməyimiz böyük şərəfdir”

“Moskvada Azərbaycan günləri” adlı mədəniyyət tədbirində iştirak etməyimiz bizim üçün böyük şərəfdir.

SIA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu dünya şöhrətli azərbaycanlı opera müğənnisi, Azərbaycanın Xalq artisti Yusif Eyvazov bildirib.

Moskvanın “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsertdə çıxış edən tanınmış opera musiqiçi bu günü bayram adlandırıb:

“Bizim hamımızı təbrik edirəm, çünki bu gün möhtəşəm gündür. Ona görə ki, bu gün bayramdır. Biz artistlər üçün böyük şərəfdir ki, belə tədbirlərdə iştirak edirik. Ümid edirəm ki, belə tədbirlərin sayı çoxalacaq. Azərbaycan-Rusiya münasibətləri bütün mənalarda inkişaf edir və biz bu inkişafda iştirak edirik”.

Qeyd edək ki, “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri çərçivəsində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə