Ölkəmiz beynəlxalq konfransda təmsil olunub

Daşkənddə böyük özbək şairi Əlişir Nəvainin anadan olmasının 581-ci ildönümü ilə bağlı “Əlişir Nəvai və Şərq renessansı” adlı beynəlxalq konfrans keçirilib.

SİA xəbər verir ki, tədbirdə Özbəkistandan başqa Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Tacikistan və digər dövlətlərin alimləri iştirak edib.

Ölkəmizi bu tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyava təmsil edib.

Rusiya Federasiyasından bir soydaşımız - Mehdi Şərifov da konfransa qatılıb.

Konfransı Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid açaraq Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumat verib, onu Şərq dünyasının böyük şairi adlandırıb.

Tədbirdə professorlar Şöhrət Siracəddinov, İbrahim Haqqul, Avtandil Erkinov, Dilnəvaz Yusupova və başqaları Əlişir Nəvaini böyük şair, dilçi alim, tarixçi, filosof və dövlət xadimi kimi təhlil ediblər.

Könül Hacıyava “Əlişir Nəvai Mehmed Fuad Köprülünün tədqiqatlarında”, Mehdi Şərifov isə “Əlişir Nəvai dövlət xadimi kimi” mövzularında məruzələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə