Şuşada bu cür tədbirləri çox keçirəcəyik - XALQ ŞAİRİ DANIŞDI

Bu gün Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin Şuşa ili" elan olunması barədə 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq “Şuşa ili”nin açılış mərasiminə həsr olunmuş tədbir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı SİA-ya fikirlərini bildirib: "Bu gün Milli Kitabxanaya kitab sərgisinə yığışmışıq. Əslində pandemiya dövründə Milli Kitabxanaya tez-tez gəlirik. Hətta əvvəlkindən daha çox gəlirik. Bu ağır illərdə kitabxana Azərbaycan mədəniyyətinin yükünün böyük hissəsini öz üzərinə götürüb. Əsas odur ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzi elan edilib. İnşallah Şuşada bu cür tədbirləri çox keçirəcəyik".

Leyla Həsənəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə