Xalqımızın rəşadətli igid oğullarına təşəkkür edirəm - XAN ŞUŞİNSKİNİN QIZI DANIŞDI

"Azərbaycanın incisi, Qarabağın zümrüd tacı Şuşa şəhərimiz işğaldan azad olunub". Bunu SİA-ya dahi muğam ifaçısı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyev deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə bu il "Şuşa ili" elan olunub: "Mədəniyyət Nazirliyinin Milli kitabxana ilə birgə nəşr etdiyi “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi ilə bağlı tədbir "Şuşa ili" çərçivəsində ilk tədbirdir. İki möhtəşəm kitabın təqdimat mərasiminə yığışmışıq. Bu sevinci bizə bəxş etdiyi üçün Ali Baş Komandanımız başda olmaqla, xalqımızın rəşadətli igid oğullarına təşəkkür edirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə