"Bu gün Mədəniyyət Nazirliyinin Milli kitabxana ilə birgə nəşr etdiyi “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimində çox gözəl fikirlər səslənib". SİA xəbər verir ki, bu sözləri Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov deyib.
Onun sözlərinə görə, böyük şəxsiyyətlərin həyatı adi həyat deyil: "Buna adi hadisə kimi baxmaq olmaz. Bu böyük bir dastandır. Nə yaxşı ki, belə vətən ruhlu kitablar var. Milli Kitabxananın hazırladığı bu kitablar doğurdan da bizim tariximizi özündə yaşadacaq. Bu kitabların əhəmiyyəti, yeri və mənası sonrakı illərdə özünü daha qabarıq göstərəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB