“Bilirsiniz ki, Şuşa bizim yeni dövr şəhər mədəniyyətimizin ən qiymətli hadisələrindən biridir. Çünki orta əsrlərin sonlarından başlayaraq klassik şəhərlərin mənəvi aşınması prosesi gedir”. SİA xəbər verir ki, bu sözləri akademik Nizami Cəfərov deyib.
Onun sözlərinə görə. Şuşa bizim böyük əsərimizdir: “Şuşa Azərbaycanın milli intibahının əsəridir. Çünki 18-ci əsrdə bizim milli intibahımız meydana çıxır və bu dövrün ən dəyərli əsəri Şuşadır. Şuşa bizim yadımızda musiqi ilə qalıb. Ona görə də biz Şuşa deyəndə muğamı xatırlayırıq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB