Məqsədimiz Şuşanın şanlı tarixini yenidən bərpa etməkdir - NAZİR

“Məqsədimiz və vəzifəmiz Şuşanın şanlı tarixini yenidən bərpa etməkdir. Bu il ərzində Mədəniyyət Mazirliyi və aidiyyatı qurumlar tərəfindən tədbirlər hazırlanmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, artıq keçən il Şuşa azad edilən kimi cənab Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi: “Həmçinin, Heydər Əliyev Fondu tərəfindən mədəniyyət abidələrimizin bərpasına start verildi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə