“Şuşa ili" ilə bağlı kitabların təqdimat mərasimi keçirilib - FOTOLAR
Fevralın 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin Şuşa ili" elan olunması barədə 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq olaraq “Şuşa ili”nin açılış mərasiminə həsr olunmuş tədbir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarını nəşr etdirib.
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya milli və universitet kitabxanalarında saxlanılan ədəbiyyatlar ayrıca bölmələrdə verilib. Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Xan Şuşinski” adlı biblioqrafiya kitabı isə görkəmli xanəndə, Qarabağ muğam məktəbinin ustad sənətkarı, Azərbaycanın Xalq artisti Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr edilmişdir. Göstəricidə xanəndənin səs yazıları, məqalələri, həyat və yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında kitablar, arxiv sənədləri, habelə onun dünyanın zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB