Aktyor Natiq Fərzəliyevin 60 illik yubleyi qeyd olundu - TƏDBİR-FOTOLAR

Bu gün Rəşid Behbudov adına Musiqili Dram teatrında Azərbaycan Respublikasının aktyoru Natiq Fərzəliyevin 60 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin aparıcısı Əməkdar artist Nicat Kazımov Mədəniyyət Nazirliyi və Rəşid Behbudov adına Musiqili Dram teatrı adından Natiq Fərzəliyevi diplomla təltif edib.

Tədbirdə teatrın gənc aktyoru Elnur Hüseynov, teatrın quruluşçu rejissoru Ağalar İdrisoğlu və Əməkdar artist Nicat Kazımov öz arzularını Natiq Fərzəliyevin ünvanına çatdırıblar.

Təbriklərdən sonra Natiq Fərzəliyevin 60 illik yubleyinə həsr olunmuş Cənnət Səlimovanın başçılığı ilə Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah” tamaşası göstərilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə