Cəbrayıl rayon Uşaq Musiqi məktəbinin nailiyyətləri - FOTOLAR
Cəbrayıl rayon Uşaq Musiqi məktəbi son illər öz nailiyyətləri ilə hər kəsi sevindirir. Məktəbin əldə etdiyi uğurlar, gələcək planlar barədə məktəbin direktoru Vüsal Zamanovla fikir mübadiləsi aparmaq istədik. Bizimlə görüşü zamanı direktor qeyd etdi ki, Cəbrayıl rayon Uşaq Musiqi məktəbinin kollektivi 2020-ci ildə pandemiya ilə bağlı tətbiq edilmiş karantin dövründə yardım əllərini imkansız insanlardan, şəhid ailələrindən, qazilərdən əsirgəməyib. Karantin dövründə 80 ailəyə yardım edilib. Qarabağ mübaribəsi zamanı ön cəbhəyədək ərzaq yardımı göstərib.
"Xəzər" telekanalında Cəbrayıl rayonunun işğaldan azad olunması ilə əlaqədər keçirilən verilişdə məktəbin kolektivi yaxından iştirak edib.
Mütəmadi olaraq şəhid ailələrinə yardım etmək və qəbirlərini ziyarət etmək məktəb kollektivinin gündəlik işinə çevrilib. Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərən və ağır döyüşlərin birində bir ayağını itirən Abbas Abbaslı ziyarət edilib və ona mənəvi dəstək göstərilib.
Məktəbin kollektivi könüllü olaraq cəbhəyə yollanan məktəbin qarmon müəllimi Ceyhun İmanovun ailəsinə baş cəkib və yardım göstərilib. 65 yaş həddinə catmış məktəbin müəllimi Züleyxa Mehdiyevanın Biləsuvar Regional Mədiniyyət İdarəsinin rəisi Əlisultan Sadıxovun iştirakı iiə təntənəli sürətdə təqaüdə yolasalma mərasimi keçirilib.
Bundan başqa məktəbin müəllim və şagirdləri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş onlayın tədbirlərdə iştirak edib. Qavaldaş zərb çalğı alətlərinin muxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin IV-cü Respublika və II Beynəlxalq onlayın festival müsabiqəsində iştirakına görə Babayev Nihat sertifikat alıb. Mustafayeva Aişə Elnur qızı və Novruzova Fəridə Şirazi qızı "Müxtəlif Ölkələrin Musiqi Ədəbiyyatını Öyrənirik" adlı Gənc musiqiçilərin beynəlxalq müsabiqəsində həvəsləndirici diploma layiq görülüblər.
Məktəbdə Vətən müharibəsinin 1-ci ildönümünə, eyni zamanda Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 1-ci ildönümünə həsr olunmuş anım mərasimi kecirilib. Azərbaycan televiziyasının "Mədəniyyət" kanalında Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 1-ci ildönümünə həsr olunmuş verilişdə Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin direktoru Vüsal Zamanovun çıxış edib.
Məktəb kollektivinin qısa vaxt ərzində keçirdikləri tədbirləri sadalamaqla bitməz. Şəhid Emin İsmayılovun xatirəsinə həsr olunmuş və ailə üzvlərinin iştirakı ilə kecirilən tədbiri və 2-ci fəxri xiyabanda kolektivin iştirakı ilə şəhidin məzarının ziyarət edlməsini unutmamalıyıq. 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək şəhidlik zirvəsinə ucalmış Zamin Rəhimovun anım mərasimində iştirak etmək və məzarını ziyarət etmək şərəfi də kollektivə qismət olub. 8 noyabr - Zəfər gününə həsr olunmuş Vətən müharibəsinin qazilərinin iştirakı ilə tədbir keçirililib.
Ümumi lider Heydər Əliyevin anım gününə, Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş tədbir keçirilib.
Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi dama yarışlarında iştirak edən məktəbin müəllimi Oruc Səfərov 4-cü yerə layiq görülüb.
Rayon rəsmilərinin iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusunda tədbir keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni ilin gəlişi münasibəti ilə tədbir keçirilib.
Vüsal Zamanov qeyd edib ki, məktəbin müəllim kollektivi mütəmadi olaraq iş prinsiplərinə uyğun çalışırlar: "Məktəbimizin gözəl kollektivi, savadlı müəllimlərimiz var. Baxmayaraq ki, əvvəllər köçkün məktəbi kimi fəaliyyət göstərmişik və 44 günlük müharibədən sonra bu ad üstümüzdən götürülüb, məktəbimizdə istedadlı şagirdlər çoxdur və buna da dərs deyən savadlı müəllimlərimiz vardır. Biz bundan sonra öz üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyik".
Məktəbin direktoru bir daha qeyd edib ki, biz dünyanın ən qabaqcıl milləti olaraq 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdik. Buna görə biz Ali Baş Komandan Cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Bundan yaxşı nə ola bilər?
Məmmədhəsən Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB