Həqiqətən də heç kəs unudulmur və hər kəsə qiymət verilir - MÜNASİBƏT BİLDİRİLDİ
"Zərifə Teymur qızı Salahova həqiqətən də “Şərəf” ordeni medalına layiq olan bir insandır. Zərifə xanımı uzun müddətdir tanıyıram və çox gözəl dostluq münasibətimiz var". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, hörmətli Prezidentimiz tərəfindən Zərifə xanıma “Şərəf” ordeninin təqdim edilməsi məni çox sevindirdi: "Həm Zərifə xanımın tanışı kimi, həm bir rəssam kimi, həm də ictimai xadim kimi bu məni çox sevindirdi. Qeyd edim ki, Zərifə Teymur qızı Salahova çox keşməkeşli həyat yaşaymış və onun aktiv ictimai-siyasi fəaliyyəti olmuşdur. Zərifə xanım bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır. Bakıdakı Miniatür Kitab Muzeyinin təsisçisi və direktorudur. Zərifə xanım Salahova bu muzeyi təsis etməklə Azərbaycanımızın tanınmasında böyük rol oynayır. Azərbaycan bir çox amillərinə görə tanınır və bu amillərdən biri də məhz Miniatür Kitab Muzeyidir. Miniatür Kitab Muzeyi analoqu olmayan bir muzeydir və orada dünyanın bir çox miniatür kitabları sərgilənməkdədir.
Qeyd edim ki, Zərifə xanım Salahova fevral ayının 2-si Gənclər günündə anadan olmuşdur. Mən həm doğum günü münasibətilə, həm də "Şərəf" ordeni münasibətilə Zərifə xanımı təbrik edirəm. 2002-ci il aprel ayının 2-si Miniatür Kitab Muzeyi fəaliyyətə başlamışdır və bilavasitə Ulu öndər Heydər Əliyev tərəfindən də xeyir-dua almışdır. Hətta muzeyin yerini də məhz ulu öndər Heydər Əliyev seçmişdir. Zərifə xanım Salahovanın ailəsi repressiya dövründə çox çətinliklər yaşamışdır. Onu da qeyd edim ki, Zərifə xanım Salahova bizim görkəmli rəssamımız Tahir Salahovun bacısıdır. O, çox özünəməxsus, mərd xarakterli bir qadındır. Azərbaycanı hədsiz-hüdudsuz sevən bir xanımdır və Azərbaycan üçün əlindən gələn hər şeyi etməyə qadir olan bir xanımdır. O bir çox dövlətlər arasında məhz bu Miniatür Kitab Muzeyi vasitəsilə Azərbaycanı təmsil etmiş, həmçinin sülh də yaratmışdır. Onun muzeyinə bir çox səfirlər, dövlət xadimləri, dövlət rəhbərləri ekskursiya ediblər və həqiqətən də çox böyük bir maraqla ziyarət edib, bu ideyanı dəstəkləyiblər. Gələcəkdə də Zərifə xanım Salahovaya müxtəlif kitablar göndəriblər. Bu da təbii ki, böyük bir dostluğun əlamətidir ki, bu muzey məhz bizdədir. Zərifə xanım Azərbaycanın təmsilçisidir. O, bir çox mükafatlarla təltif edilmişdir. Ən ali mükafat isə cənab Prezident tərəfindən təqdim olunan “Şərəf” ordenidir. Cənab Prezident İlham Əliyev siyasətində mədəniyyət və incəsənət sahəsinə böyük dəyər vermişdir. Həqiqətən də heç kəs unudulmur, hər kəsə qiymət verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB