Qobonerlərimi işləyərkən təbiətdən ilhamlanıram - RƏSSAM AÇIQLADI

"Mən qobonerlərimi yaradarkən təbiətdən ilhamlanıram. "Kəpənəklər", "Ağac", "Lalalər" bunlar mənim birinci işlərimdi". Bu sözləri SİA-ya açıqlamasında xalça üzrə tanınmış rəssam Tamilla Abdullayeva bildirib.

Tamilla Abdullayeva qeyd edib: "Eskizlərimi daha sonra sadələşdirərək modern və dekarativ üsulda işləmişəm. Bunlara Novruza və təbiətin ünsurlərinə aid olan əsərlərimi misal göstərə bilərəm. Xalçaların arasında 3 eskizim var ki, mən onları tələbə vaxtımda həyata keçirmişəm. Həmin əsərlərimin üstündən artıq 45 il keçib".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə