Fevralın 3-də “Park Cinema Flame Towers”də Türkiyə istehsalı olan “Anka” filminin təqdimatı keçiriləcək.

SİA xəbər verir ki, təqdimat mərasimində filmin yaradıcı heyəti, baş rolun ifaçısı, ölkəmizdə də sevilən aktyorlar Ozan Akbaba, Engin Hepileri, Uğur Uzunel iştirak edəcək.

Ekran əsərinin rejissoru, türkiyəli Süleyman Mert Özdemir, prodüseri isə həmyerlimiz Müşviq Quluzadədir. Film uşaqkən yol qəzasında bütün ailə üzvlərini itirən Muratın həyatından bəhs edir.

Bütün xəbərlər Facebook səhifəmizdə