Amerikalı aktyor məşhur oyunun filminə çəkiləcək

Amerikalı aktyor Dueyn Conson ən böyük və maraqlı oyunlardan birinin film adaptasiyasında iştirak edəcəyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ancaq aktyor bu məşhur oyunun adını açıqlamayıb. Conson, “Dünyadakı pərəstişkarlarıma nə təqdim edəcəyimizi səbirsizliklə gözləyirəm. Əlbəttə ki, biz oyunçu dostlarımız üçün düzgün olanı etməyə çalışacağıq, amma həqiqətdə sadəcə əla film çəkmək istəyirik” deyə bildirib.

Qeyd edək ki, aktyor bundan əvvəl də oyunlar əsasında filmlərdə çəkilib. Söhbət “Rampage” və “Doom” kimi filmlərdən gedir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə