Yunus Oğuzun "Uçurum"u təqdim olundu - VİDEO - FOTOLAR

Bu gün yazıçı Yunus Oğuzun "Uçurum" adlı tarixi romanının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə yazıçılar, görkəmli incəsənət xadimləri iştirak ediblər. Kitab Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə ithaf olunub.

Yazıçı bu dəfə tarixi roman ənənəsindən kənara çıxaraq bütün zamanların ən böyük problemi olan narkoticarətin insanların həyatına və dövlətlərin nüfuzuna göstərdiyi təsirdən yazır.

Yunus Oğuzun bundan başqa "Şah arvadı", "Cadugər", "Sultan Alp Arslan" tarixi romanı, "Qadın ulduzu", "Qədim Anadolu" və "Azərbaycan türkləri", "Türkün tarixinə yeni bir baxış", "Atilla" pyesi və s. kitabları işıq üzü görüb.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...