Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2 illik araşdırması nəticəsində dünyanın ən böyük antik sənət kolleksiyaçılarından biri olan milyarder Mikael Steinhardt tərəfindən Anadolu mənşəli 14 əsərin oğurlandığı müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Steinhardtın əmlakına edilən basqın nəticəsində ələ keçirilən əsərlər Manhetten Prokurorluğu tərəfindən Türkiyəyə ekstradisiya üçün Nyu York Baş Konsulluğuna təhvil verilib. Ankaraya gətiriləcək əsərlər xüsusi təqdimatla göstərildikdən sonra İstanbul Arxeologiya Muzeyində sərgilənəcək.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə