TRT-nin birgə istehsalı iki film Berlin Film Festivalında yarışacaq

Türkiyə Radio Televiziya Qurumunun (TRT) birgə istehsalı iki film “72-ci Berlin Film Festivalı”nda yarışacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu il fevralın 10-16-sı tarixləri arasında keçiriləcək festivalın əsas yarışmasında TRT-nin dəstək verdiyi “Göydən Bir Parça” filmi yarışacaq. Rejissor Michael Koch və Christof Neracher tərəfindən hazırlanan İsveçrə-Alman birgə istehsalı, hər il dünyanın fərqli ölkələrindən yüzlərlə istehsalın müraciət etdiyi festivalın Əsas Müsabiqə Bölməsi üçün seçilən 18 film arasında iştirak edir. Film, ötən il keçirilən Karlovı Varı Film Festivalının sənaye bölməsi “Eastern Promises”-də “TRT Mükafatı” qazanıb.

Berlin Film Festivalının dünya kinosundan yeni, cəsur və kreativ filmlərin yer aldığı “Panorama” bölməsində isə “Klondayk” filmi yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...