Lənkəran Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

SİA xəbər verir ki, teatrın ədəbi dram hissə rəhbəri Ağaddin Babayevin verdiyi məlumata görə, yanvarın 19-da Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Əliyeva-Cəfərova və Günay Hümbətova Anar Sadıqovu kollektivə təqdim ediblər.

Teatrın direktoru Tofiq Heydərov tədbirdə çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin Anar Sadıqov kimi gənc, perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.

Sonda Anar Sadıqov ona göstərilən etimada görə minnətdarlığını ifadə edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...