“Tale yazısı” kitabının təqdimatı keçirilib

Yanvarın 17-də Bakı Kitab Mərkəzində yazıçı dramaturq Çingiz Ələsgərlinin “Tale yazısı” kitabının təqdimatı baş tutub. SİA-nən verdiyi məlumata görə, kitabda Xalq artisti Cəfər Namiq Kamalın əsrin dörddə biri qədər davam etmiş yaradıcılığı ətraflı şəkildə araşdırılıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” və “Sənətkar” medallarının laureatı, Prezidentin fərdi təqaüdçüsü Cəfər Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş kitaba aktyorun zəngin yaradıcılığı haqqında kifayət qədər məlumat daxildir.

Müəllif kitabda həm Cəfər Namiq Kamalın yaratdığı obrazların araşdırması, həm aktyorun zəngin təcrübə və düşüncələrini, həm də onun yaradıcılıq potensialına uyğun hesab etdiyi səhnə və ekran rolları haqqında fikirlərini bölüşür.

Əsərdə Xalq artistin həmkarlarının, sənət aləmində görüşdüyü şəxslərin düşüncələri də yer alıb.

Kitaba, həmçinin, müxtəlif tamaşaların dəvətnamələri, proqramları, afişaları, şəkilləri, Xalq artistinin verdiyi müsahibələr, həmçinin, Cəfər Namiq Kamalın qastrol səfərlərini əks etdirən foto şəkillər, aktyorun ailə şəkilləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə