Selin Dion 3-cü dəfə konserini ləğv etdi

Kanadalı pop müğənni Selin Dion son vaxtlar şiddətli əzələ ağrıları səbəbindən Şimali Amerikada planlaşdırılan şou-konsertlərini ləğv edib.

SİA xəbər verir ki, bu barədə müğənni “Tvitter” səhifəsində məlumat paylaşıb.

“Həqiqətən ümid edirdim ki, bu vaxta qədər yaxşılaşacağam, amma güman edirəm ki, sadəcə səbirli olmalı və həkimlərin mənə təyin etdiyi rejimə əməl etməliyəm”, deyə Selin Dion vurğulayıb.

Alınan bütün biletlərin pulunun geri qaytarılacağı bildirilib.

Qeyd edək ki, konsertlərin bu ilin martın 9-dan aprelin 22-dək keçirilməsi planlaşdırılmışdı. Xatırladaq ki, Selin Dion səhhəti ilə əlaqədar ötən il noyabrın 5-dən 20-dək və bu il 19 yanvar-5 fevral tarixlərinə planlaşdırdığı bütün çıxışlarını ləğv etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...