“Zəngin toxuma mədəniyyətini yenidən canlandırırıq”

Əminə Ərdoğanın himayəsi ilə icra edilən Türkiyə Toxuma Atlası Layihəsi çərçivəsində "Keçmişdən gələcəyə" devizi ilə Türkiyə Toxuma Atlasının ilk səhnə nümayişi Prezident Aparatında səfirlər və həyat yoldaşlarının iştirakıyla reallaşdırıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Türkiyə Toxuma Atlası Layihəsi (Türkiye Dokuma Atlası Projesi) ilə məhv olmağa üz tutan zəngin toxuma mədəniyyətini yenidən canlandırmağı məqsəd qoyduqlarını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Anadolunun ənənəvi toxuma sənətinin əslinə uyğun yenidən üzə çıxarılaraq müasir dizaynlarla dünyaya tanıdılması üçün Əminə Ərdoğanın himayəsi ilə icra edilən Türkiyə Toxuma Atlası Layihəsi çərçivəsində "Keçmişdən gələcəyə" devizi ilə Türkiyə Toxuma Atlasının ilk səhnə nümayişi Prezident Aparatında səfirlər və həyat yoldaşlarının iştirakıyla reallaşdırıldı.

Türkiyə Toxuma Atlası tədbirindən əvvəl səfirlər və həyat yoldaşlarıyla yemək süfrəsində bir araya gələn Əminə Ərdoğan fərqli mədəniyyətlərin bir-birini tanımasını dəstələdiklərini bildirərək deyib: “Mədəni müxtəlifliyə hörmət edilməlidir. Toxuma sənəti Türkiyənin zəngin mədəni və coğrafi xüsusiyyətlərini, naxış və motivləri isə etnik və etnoqrafik təcrübəni əks etdirir.

Türkiyədəki mədəni varlıqlar coğrafiyamızın olduğu qədər bütün bəşəriyyətin ortaq xəzinəsidir.

İşlərinin ən yaxşıları olan şeflər və mütəxəssislər tərəfindən "Əsrlik reseptlərlə Türkiyə mətbəxi" (Asırlık Tariflerle Türk Mutfağı) kitabını hazırladıq. Kitab türk mətbəxinin sağlam və ənənəvi üzünü tanıdır.

Türkiyənin yemək mədəniyyəti də eynilə toxuma mədəniyyəti kimi fərqli iqlim xüsusiyyətləri və müxtəlif etnik şəxsiyyətlərin zənginliyini əks etdirir. Arzumuz bu zənginliyi bütün dünyaya açmaqdır.

21-27 may həftəsi bütün dünyada Türkiyə Mətbəxi Həftəsi olaraq qeyd ediləcək.

Hər cür mədəniyyət layihələrində birlikdə işə hazır olaraq - müxtəlif insanların fərqli mədəniyyətlərini sevərək, hörmət edərək dünyaya çatdıra bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə