79-cu "Qızıl Qlobus" mükafatlarının sahibləri bəlli olub

Hollivud Xarici Mətbuat Assosiasiyasının bu il 79-cu dəfə təşkil etdiyi “Qızıl Qlobus” mükafatlarının qalibləri bəlli olub.

SİA xəbər verir ki, “Qızıl Qlobus” mükafatlandırma mərasimi canlı yayım olmazdan keçirilib. Qaliblər “Qızıl Qlobus”un rəsmi saytında və sosial media hesablarında elan edilib. Televiziya və kino üzrə iki kateqoriya üzrə verilən mükafatların qalibləri belədir:

- Kinoteatr

Ən yaxşı dram filmi "The Power of Dog", komediya və ya musiqili film "West Side Story", dram nominasiyasında ən yaxşı aktrisa "Nicole Kidman- Being the Ricardos", eyni nominasiyada ən yaxşı aktyor "Will Smith- King Richard", musiqili və ya komediyada ən yaxşı aktrisa "Rachel Zegler- West Side Story", ən yaxşı aktyor isə "Endrew Garfield- tick, tick... Boom!", ən yaxşı ikinci plan aktrisası “Ariana DeBose- West Side Story”, ikinci planda ən yaxşı aktyor "Kodi Smit-McPhee- The Power of the Dog", ən yaxşı animasyon "Encanto", ən yaxşı xarici film "Drive My Car" (Japoniya istehsalı)), ən yaxşı ssenari "Kenneth Branagh- Belfast", ən yaxşı rejissor "Jane Campion- The Power of the Dog", ən yaxşı mahnı "No Time to Die- Billie Eilish", ən yaxşı musiqi "Hans Zimmer- Dune".

- Televiziya

Ən yaxşı dram serialı "Succession", ən yaxşı komediya serialı "Hacks", ən yaxşı mini serial "The Underground Railroad".

Dramda ən yaxşı aktrisa "Michaela Jae Rodriguez- Pose", ən yaxşı aktyor isə "Jeremy Stron- Succession", komediya və ya musiqili kateqoriyasında ən yaxşı aktrisa "Jean Smart- Hacks", eyni nominasiyada ən yaxşı aktyor "Jason Sudeikis- Ted Lasso".

Bütün xəbərlər Facebook səhifəmizdə