Dekabrın 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbir keçirilib.
SİA xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, uşaqları bu məkanda görmək hamıya sevinc bəxş edir, çünki onlar türk dünyasının ab-havasını özlərilə gətirirlər. Günay Əfəndiyeva türk dünyasını “Ulu ağaca” bənzədərək, “Türk xalqlarını ağacın budaqları, uşaqları isə həmin budaqların qönçələri” adlandırıb.
Sabah Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunacağını bildirən Günay Əfəndiyeva bu bayramı bütün türk dünyasına şamil edib: “Türk xalqları nümayəndələrinin həmrəyliyi Qarabağ Zəfərində, azad olunmuş torpaqların bərpasında bütün dünyaya sübut edilmişdir. Eyni zamanda, bu il bütün türk dünyası dahi şairlərimizin - Nizami Gəncəvinin Yunus Əmrənin, Əlişir Nəvainin və digər böyük sənətkarlarımızın ildönümlərini təntənəli qeyd edib”.
Uşaqları Yeni il münasibətilə təbrik edən Fondun prezidenti gələcəkdə onların tək ailədə deyil, bütün türk dünyasında bir-birinə dəstək olmalarını arzulayıb. Günay Əfəndiyeva XXI əsri bütün “Türk dünyasının çiçəklənən əsri” olacağına inandığını qeyd edib.
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, uşaqlar həyatın davamıdır, bizim ümidimiz, nicat və inkişafımızdır. Hər bir insan bu yolu keçir. İlk olaraq niyyət, arzu kimi dünyaya gəlir sonra şəxsiyyətə çevrilir və təmsil etdiyi xalqı üçün fayda verməyə başlayır.
Uşaqları torpağa səpilmiş bir toxuma bənzədən Bahar Muradova bildirib ki, o torpaq münbit olarsa ora əkilmiş gül, çiçək, ağac tez böyüyüb qol-budaq atacaq. “Bütün türk dünyasında, adına türk deyən bir insan varsa məsələyə məhz bu cür münasibət göstərir. Çünki bizim vahidliyimiz, birliyimiz məhz bir kökdən qidalanır. Bizim üçün ailə, uşaq və birgə gələcək çox vacib amildir. İnanıram ki, uşaqlar əzəmətli çinar ağacı kimi ətrafına kölgə salıb, bütün türk dünyasının dəyərlərini qoruyacaq”, - deyə Bahar Muradova bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib: “Bu məkan tarixə, mədəniyyətə, ədəbiyyata ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sadəcə türk xalqlarının şəxsiyyətlərinin tanıdılmasını deyil, həm də onların adı ilə bağlı tədbirlərdə iştirak edir. Bu torpaqlar bizim ata torpaqlarımız olduğundan qardaşlığımızın mayası olan hər şeyi yeni nəsillərə ötürməli, Qazaxıstandan tutmuş Türkiyəyə qədər bütün türk dünyasının mədəniyyətini, tarixini, dahi şəxsiyyətlərini qorumalıyıq. Bu mənada müxtəlif türk ölkələrindən olan uşaqları burada görmək ayrı bir gözəllikdir”.
Səfir çıxışının sonunda Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənərək inkişaf edəcəyini vurğulayıb.
Tədbirdə Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən və Türkmənistandan olan uşaqlar təmsil etdikləri dövlətlərə məxsus şeir və mahnılar səsləndiriblər.
Tədbir çərçivəsində Təhsil Nazirliyi 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs kollektivinin təqdimatında nağıl qəhrəmanlarının obrazları canlandırılıb, türk ölkələrinin milli rəqsləri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



