33 saylı Uşaq Musiqi Məktəbində Həmrəylik Günü və Yeni il tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon 33 saylı Uşaq Musiqi Məktəbiində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni ilə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirin aparıcısı məktəbin fortepiano ixtisasının şagirdi Mədinə Əhmədli qeyd edib ki, “Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olar” deyib atalarımız. 30 ildir qeyd etdiyimiz bütün bayramlarda hamının bir arzusu var idi: “Gün o gün olsun ki, növbəti bayramı Qarabağda qeyd edək”. Gün o gündür. Şəhidlərimizin qanı ilə sulanan torpaqlarda bayram qeyd etmək nəsibimiz oldu. Zəfəri bizə qazandıran, bayramlarımza bayram qatan qəhrəman şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edək.
Aparıcı: "Dəyərli müəllimlər, əziz şagirdlər, hörmətli valideyinlər, yepyeni bir ilin ayaq səsləri yaxınlaşarkən yeni ümidlərə, yeni sevinclərə, yeni həyəcanlara və yeni sürprizlərə açırıq qapılarımızı. Yeni ilin başlanğıcında sevdiklərimizlə birlikdə xoşbəxt anları qonaq edirik. İçimizdəki sevinci və xoşbəxtliyi onlarla birlikdə çoxaldıb yeni xatirələr saxlayırıq yaddaşlarımızda.Keçmişimizə xatırlanmağa dəyəcək daha gözəl və özəl bir gün əlavə edirik.
2021-ci il acılarımızla, sevinclərimizlə, geridə qalacaq, 2022-ci il daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. Xəstəliksiz, müharibəsiz, uşaqların daim güldüyü bir il olsun. 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə hamınızı təbrik edirik. Yeni iliniz mübarək!", deyib.
Tədbirdə Y.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, Respublikanın Əməkdar müəllimi Fikrət Budaqov, məktəbin sabiq müəllimi, təqaüdçü Cavanşir Nəcəfov və valideynlər iştirak ediblər. Xoş bir konsert proqramı keçirilib.
Tədbirin sonunda məktəbin direktoru Nəzifə Əliyeva məktəbin müəllimləri Məmmədova Günarə (məktəbin Həmkarlar təşkilatının sədri) və qarmon müəllimi Zeynalov Ülfanı 60 illikləri ilə əlaqədar olaraq təbrik edib, Fəxri fərmanlarla mükafatlandırılıb.
Sonra məktəbin direktoru müəllim və şagirdlərə öz təşəkkürünü bildirib, bütün kollektivi təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB