13 saylı Uşaq Musiqi Məktəbində bayram tədbiri keçirilib - FOTOLAR

28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Səid Rüstəmov adına 13 saylı Uşaq Musiqi Məktəbində 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı xalqımızı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” zəfər ətrli Xarı bülbülün qoxusu, Yeni il münasibətilə təbrik edib: "Bu gün həm də bizim həmrəylik bayramımızdır. Bu il biz illərlə həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Bunun üçün biz Ali Baş Komandanımız İlham Əliyevə doğma torpaq üçün özünü sipər çəkən şəhidlərimizə, qazilərimizə borcluyuq. Xahiş edirik şəhidlərimizin xatirəsini 1 dəqiqəlik yad edək".

Sonra məktəbin şagirdləri hazırladıqları konsert başlayıb. Məktəbin xor kollektivi “Yeni il” mahnısını ifa edib. Məktəbin şagirdlərindən Axundzadə Şəhriyar, Quluzadə Məhərrəm, Zeyniyev İbrahim, Novruz Əmirəli, Vəliyev Camal, Zeyniyev İbrahim, Axundova Məryəm, Qurbanova Nisə, Nəsibli Emin və digər şagirdlər mahnılar ifa ediblər.

Tədbirin sonunda məktəb direktoru Tofiq Salmanov tədbirdə iştirak edən qonaqlara və müəllim kollektivinə öz təşəkkürünü bildirib. Direktor qeyd edib ki, Azərbaycan Ordusu əziz balalarımızın xoşbəxt gələcəyi üçün öz canlarından, qanlarından keçdilər. Yaxşı oxumaq lazımdır. Azərbaycan mədəniyyəti həmişə dünyanın bütün ölkəsində tanınıb.

Sonra T.Salmanov müsabiqədə iştirak edən qalib şagirdləri Fəxri fərmanla mükafatladırıb.

Bir də qeyd etmək lazımdır ki, S.Rüstəmov adına 13 saylı Musiqi Məktəbinin kollektivi NZS qəsəbəsində yaşayan sakinlərin dərin hörmətini qazanıblar. Bu hörməti qazandıran isə məktəbin direktoru Tofiq Salmanovdur.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə