"Kitabxanalarımız insanlar üçün əlçatan olmalıdır" - Anar Kərimov

"Kitabxanalarımızın rəqəmsallaşdırılması ümdə vəzifələrimizdən biridir". SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

"Bu zamanın tələbidir. Rəqəmsallaşmanı maksimum sürətləndirməliyik. Mədəniyyət müəssisələrimiz, kitabxanalarımız insanlar üçün əlçatan olmalıdır. Bu, eyni zamanda səmərəliliyin artırılmasına imkan verəcək. Ənənəvi kitabxanalar aktuallığını itirir. Bu istiqamətdə balans yaratmalıyıq", - A.Kərimov qeyd edib

Bütün xəbərlər Facebook səhifəmizdə