Hollivudun 2021-ci ildə ən çox gəlir gətirən filmi

"Hörümçək adam: Evə yol yoxdur" filmi 2021-ci ildə nümayiş olunan ən çox gəlir gətirən Hollivud filmi olub.

SİA-nın məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

Peter Parkerin macəralarından bəhs edən Marvel-in üçüncü filmi nümayişindən cəmi 12 gün sonra onun kassa gəlirləri 1 milyard dolları ötüb.

Yalnız "Qisasçılar: Final" və "Qisasçılar: Sonsuzluq savaşı" bu göstəriciyə daha az vaxtda - müvafiq olaraq 5 və 11 gündə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə